Yük maşını yolun ortasında aşdı– - Video

yuk-masini-yolun-ortasinda-asdi
Oxunma sayı: 2109


“Qafqazinfo”nun əməkdaşının çəkdiyi videodan da göründüyü kimi, maşın heç bir nəqliyyat vasitəsilə toqquşmayıb. Hadisə sözügedən prospektdən üzü Heydər Əliyev hava limanına gedən yolda (aeroport yolu) baş verib.

Yolun ortasında aşan maşının sürücüsü müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Maşının törətdiyi qəza yolda tıxac yaradıb.