Fevralın 18-də Abşeron rayonunda intihar hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 11 radələrində Bakı sakini 1986-cı il təvəllüdlü E.Şahbazov Xırdalan şəhəri ərazisində özünü asıb.
Belə ki, sürücünün meyiti özünə məxsus “MAN” markalı yük avtomobilində asılı vəziyyətdə tapılıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər