Yük maşınını etirazçıların üzərinə sürdü - Video

yuk-masinini-etirazcilarin-uzerine-surdu
Oxunma sayı: 1608

Bir neçə gün öncə polis tərəfindən öldürülən qaradərili Con Floyda görə iğtişaşların davam elədiyi Amerikanın Minneapolis şəhərində bir yük maşını etirazçı kütlənin üzərinə doğru hərəkət edib.

“Qafqazinfo” “NBC”yə istinadən xəbər verir ki, şəhərin ictimai təhlükəsizlik idarəsi sürücü Boqdan Veçirkonun hərəkətlərini dinc nümayişçiləri təxribata çəkmək cəhdi kimi qiymətləndirib. Sürücü saxlanılıb.

“NBC" telekanalının təqdim etdiyi görüntülərdə izdihamın əvvəlcə yolun ortasına doğru necə hərəkət etdiyi, sonra onlara yaxınlaşan bir yük maşını səbəbiylə ətrafa səpələndiyi görünür. Yük maşını dayandıqdan sonra nümayişçilər onu mühasirəyə almağa başlayıb və içəri girməyə çalışıblar.

Etiraz edənlərdən heç kimin xəsarət almadığı bildirilib.

Yük maşını sürücüsünün fotosu