Yük maşınını kütlənin üzərinə sürdü

yuk-masinini-kutlenin-uzerine-surdu
Oxunma sayı: 1112

Böyük Britaniyanın Derbi şəhərində sürücü yük maşınını insan kütləsinin üzərinə sürüb.

“Qafqazinfo” “Mirror” nəşrinə istinadən xəbər verir ki, həmin vaxt insanlar pulsuz yeməyin paylanılmasını gözləyiblər. Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan birinin uşaq olduğu bildirilir.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.  Sükan arxasında olan 37 yaşlı şəxs saxlanılıb.

İlkin ehtimala görə, o, bu addımı qəsdən törədib.