İsveçin paytaxtı Stokholmda naməlum şəxs idarə etdiyi yük avtomobilini piyadaların üzərinə sürüb.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, yük maşını taksiyə çırpılaraq dayanıb.
Xoşbəxtlikdən o, məqsədinə çata bilməyib. İnsident zamanı taksi sürücüsü xəsarət alıb.
Hadisə yerindən qaçan yük maşınının sürücüsü isə qısa zamanda yaxalanıb.
Qeyd edək ki, 3 ay öncə də Stokholmda bənzər hadisə baş vermişdi. Yük maşını sürətlə ticarət daxil olmuş və 4 nəfərin ölümünə, 15 nəfərin də yaralanmasına səbəb olmuşdu.
Fərid Ədalət

Son xəbərlər
Son Xəbərlər