Yük maşınını piyadaların üzərinə sürdü - 32 ölü, 9 yaralı

yuk-masinini-piyadalarin-uzerine-surdu
Oxunma sayı: 2090

Qvatemalada sürücü yük maşınını piyadaların üzərinə sürüb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, nəticədə uşaqlar da olmaqla 32 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralı şəxslərin vəziyyəti ağır qiymətləndirilir. Ölü sayının artacağı istisna edilmir.