Yük maşınının üzərindəki texnika yola aşdı - Foto

yuk-masininin-uzerindeki-texnika-yola-asdi
Oxunma sayı: 4069

Nərimanov rayonunun Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.