Yük avtomobillərinin normadan artıq yüklənilməsinə yol polisi daha ciddi nəzarət edəcək.
“Qafqazinfo” xezerxeber-ə istinadən xəbər verir ki, bunun üçün yol polisləri əvvəllər Nəqliyyat Nazirliyinin balasında olan tərəzilərdən də istifadə edəcək.
Bundan başqa, yol polisləri daşına bilən tərəzilər vasitəsi ilə də istənilən yerdə yük maşınlarını saxlatdıraraq onun çəkisini ölçə bilərlər. Artıq yük götürən sürücülərin yükləri öz hesablarına boşaldılacaq və onlara yerində protokol tərtib ediləcək. Üstəlik, belə avtomobilləri yükləyən şirkətləri də cərimə gözləyir.
Son xəbərlər
Son Xəbərlər