Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Məmmədov Təhməz Akif oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olan yük avtomobili ilə toqquşub. Nəticədə T.Məmmədov hadisə yerində dünyasını dəyişib, yük avtomobilinin sürücüsü isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli

Son xəbərlər
Son Xəbərlər