Yük və minik maşınları toqquşdu - 1 ölü, 2 yaralı + Fotolar

yuk-ve-minik-masinlari-toqqusdu
Oxunma sayı: 1127

İmişlidə ağır yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə dekabrın 12-də şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, “Vaz-2106” markalı minik avtomobili ilə “QAZ-33021” markalı yük maşını toqquşub. Nəticədə, “Vaz-2106” markalı avtomobilin sürücüsü Beyləqan rayon Qaralılar kənd sakini, 1991-ci il təvəllüdlü Quliyev Emin Allahverdi oğlu hadisə yerində vəfat edib.

Digər 2 nəfər - yük maşınının sürücüsü İmişli rayon sakini, 1981-ci il təvəllüdlü Mirzəzadə Kənan Akif oğlu və minik avtomobilin sərnişini Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Bayram Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar İmişli rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Həkimlər hər iki yaralının vəziyyətlərinin orta-ağır olduğunu bildiriblər.

Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.

Tural Hüseynli