Yükdaşıma qiymətləri 12 faiz bahalaşıb

yukdasima-qiymetleri-12-faiz-bahalasib
Oxunma sayı: 680

2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,4 faiz bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin mart ayında fevral ayına nisbətən yükdaşıma qiymətləri 2,5 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 4,5 və 2,7 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 2,7 faiz, dəniz nəqliyyatında 3,0 faiz ucuzlaşıb, avtomobil nəqliyyatında 8,0 faiz bahalaşıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.