Yüksək dozada narkotik qəbul etdi, öldü

yuksek-dozada-narkotik-qebul-etdi-oldu
Oxunma sayı: 1843

Bakıda yüksək dozada narkotik maddə qəbul edən gənc oğlan ölüb.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

A. Şərifzadə küçəsində yaşayan 1989-cu il təvəllüdlü İsmayılov Natiq Eynulla oğlu yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.