Yüksək sürətlə hərəkət edən avtomobil aşdı - Ölənlər var

yuksek-suretle-hereket-eden-avtomobil-asdi
Oxunma sayı: 4583

Dünən axşam Bakıda daha bir ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Suraxanı rayonu ərazisində - Hövsan yolunun 1-ci kilometrliyində 1984-cü il təvəllüdlü Eldəniz Əhmədovun yüksək sürətlə idarə etiyi “Mercedes C Class” markalı avtomobil aşaraq yolun kənarında bir neçə dəfə yuvarlanıb. Nəticədə sürücü E.Əhmədov və sərnişini, 1982-ci il təvəllüdlü Məmməd İskəndərov vəfat edib. Digər sərnişin, 1967-ci il təvəllüdlü Oqtay Qurbanov isə ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.