“Yüksək Texnologiyalar Parkı”na direktor təyin edildi

yuksek-texnologiyalar-parkina-direktor-teyin-edildi
Oxunma sayı: 2724

Bu gün Fizika İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Rəyasət Heyəti iclasda kadr məsələlərini müzakirə edib. Qərara əsasən Səbuhi Qəhrəmanov AMEA-nın “Elm” nəşriyyatının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru və Rəqsanə Əzizova AMEA Rəyasət Heyəti aparatının Katibliyinin müdiri vəzifələrinə təyin olunublar.