Yuli Qusmana “Şərəf” ordeni verildi

yuli-qusmana-seref-ordeni-verildi
Oxunma sayı: 2345

Yuli Solomonoviç Qusman “Şərəf” ordeni ilə təltif edilib.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Yuli Qusman Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunub.

Xatırladaq ki, avqustun 8-də Y.Qusman 80 illik yubileyini qeyd edəcək.