Yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulur

yunan-roma-gulescilerimiz-mubarizeye-qosulur
Oxunma sayı: 650

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir. “Qafqazinfo” xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.

Bu gün Azərbaycanın 3 pəhləvanı yarışa qoşulacaq. Bunlar Zaur Əliyev, Tuncay Vəzirzadə və Eltun Vəzirzadədi. Güləşçilərimizin ilk rəqibləri də bəllidi.

55 kq

1/8 final: Zaur Əliyev – Nuqzari Tsurtsumia (GEO)

77 kq

Təsnifat: Tuncay Vəzirzadə – Pyotr Prjemislav (POL)

87 kq

Təsnifat: Eltun Vəzirzadə – Turpan Ali Bisultanov (DEN)