“Yunanıstan artıq rusiyalı turistlər üçün təhlükəli ölkədir”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Yunanıstanda Rusiya vətəndaşlarına qarşı təhqir və təcavüzlə bağlı şikayətlər artıb.
Açıqlamada Yunanıstan hakimiyyətinin anti-Rusiya çıxışlarına diqqət çəkilərək, Yunanıstan mediasının Ukrayna hadisələri ilə bağlı dezinformasiyalar yaydığı və Rusiya xəbər mənbələrinin bloklandığı vurğulanıb.
Rusiya vətəndaşlarına hər hansısa hadisə baş verərsə, günahkarların cəzalandırılması üçün Yunanıstan hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə edilib.
Son xəbərlər
Son Xəbərlər