Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin əhəmiyyəti nədir? - Prezident açıqladı

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin əhəmiyyəti nədir?
Oxunma sayı: 1209

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir.

"Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimindəki çıxışında söyləyib.

Bu il Bakıda Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu Memoranduma əsasən Azərbaycan 2027-ci ilədək Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırır.