Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından çıxarkən jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
“Qafqazinfo” “Son dakika”ya istinadən xəbər verir ki, Türkiyə lideri Yunanıstanla bağlı prosesə reaksiyasını xüsusilə vurğulayıb:
“Qarşımda vicdanlı bir siyasətçi olmasa, bir daha onlarla danışmayacağımı və Yüksək Səviyyəli Strateji Şura iclaslarımızı bitirdiyimizi, Yunanıstanla yüksək səviyyəli strateji əməkdaşlıq iclası keçirməyəcəyimizi bildirdik. Bu il iclas keçirmirik. Bundan daha aydın, daha açıq xəbərdarlıq ola bilməz. Yunanıstan bundan sonra başının çarəsinə baxsın”.
Son xəbərlər
Son Xəbərlər