Yunanıstan Makedoniyanın NATO-ya üzvlüyünü təsdiqlədi

yunanistan-makedoniyanin-nato-ya-uzvluyunu-tesdiqledi
Oxunma sayı: 709

Yunanıstan parlamentində Makedoniyanın NATO-ya üzvlüyə qəbulu üçün səsvermə keçirilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, protokol 140 əleyhinə səsə qarşı 153 lehinə səslə qəbul edilib.

Protokola daha çox müxalifətdəki “Yeni Demokratiya” (ND) və “Müstəqil Yunanlar” (ANEL) partiyaları qarşı çıxıb.

Yunanıstan baş naziri Aleksis Çipras protokol lehinə səs verənlərə təşəkkür edib. O, təhdid və şantajlara baxmayaraq vətənpərvərlik vəzifəsini yerinə yetirdiklərini söyləyib.

Qeyd edək ki, bu protokol 28 illik ad probleminin ölkənin Şimali Makedoniya olaraq dəyişdirilməsi istiqamətində son addım idi.