Yunanıstan parlamentində Makedoniya Respublikasının yenidən adlandırılması ilə bağlı səsvermə keçirilib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, sazişin ratifikasiyası üçün 300 deputatdan 153-ü razılıq verib. 146 nəfər isə bunun əleyhinə çıxıb, 1 nəfər bitərəf qalıb. Sazişin lehinə səs verən deputatların əksəriyyəri “SİRİZA” partiyasının üzvləridir.
Qeyd edək ki, ötən il iyunun 17-də Afina və Skopye Makedoniya Respublikasının Şimali Makedoniya Respublikası adlandırılması barədə saziş imzalayıblar.
Son xəbərlər
Son Xəbərlər