Yunanıstan sahillərində zəlzələ olub

yunanistan-sahillerinde-zelzele-olub
Oxunma sayı: 748

Aralıq dənizinin Yunanıstan sahillərində 4,8 bal gücündə zəlzələ olub. “Qafqazinfo” bildirir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata əsasən, yeraltı təkanların episentri Karpatos adasından 80 kilometr cənubi-şərqdə və Türkiyənin Muğla əyalətindən 236 kilometr cənubda, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.