Yunanıstan sərhəddəki qaçqınlara atəş açdı - 2 ölü, 1 yaralı + Video

yunanistan-serheddeki-qacqinlara-ates-acdi
Oxunma sayı: 2615

Yunanıstan Türkiyədən Avropaya keçmək üçün sərhədə toplaşan suriyalı qaçqınlara atəş açıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Rəqəmlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Bolqarıstanın Baş Naziri Boyko Borisovla keçirdiyi birgə mətbuat konfransında səsləndirilib.