Yunanıstan sərhədləri bağladı - Yenilənib

yunanistan-serhedleri-bagladi
Oxunma sayı: 4644

Türkiyə İdlibdə baş verən son hadisələrdən sonra Avropaya keçmək istəyən qaçqınlara sərhədləri açmaq qərarı verib.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, bu bəyanatdan sonra Türkiyədən Avropaya keçmək istəyən yüzlərlə qaçqın Yunanıstan sərhədinə axın edib. Onların arasında suriyalılar olmaqla yanaşı, Pakistan, İran və Mərakeşdən gələn qaçqınlar da var.

Xatırladaq ki, ötən gün Suriyada rejimin İdlib bölgəsinə hücumları zamanı 33 türk əsgəri şəhid olmuşdu. Bu hadisədən sonra Türkiyə Avropaya keçmək istəyən qaçqınlara sərhədi açacağını bəyan etmişdi.

***

Yunanıstan Türkiyədən Avropaya keçmək istəyən qaçqınlara sərhədləri bağlayıb.

“TRT Haber”in məlumatına görə, yüzlərlə qaçqının Bolqarıstan və Yunanıstan sərhədlərinə doğru irəlilədiyi bir məqamda Yunanıstan höküməti sərhədləri bağlamaq qərarı verib.

Orxan Məmməd