Yunanıstan və Azərbaycan arasında memorandum imzalandı

yunanistan-ve-azerbaycan-arasinda-memorandum-imzalandi
Oxunma sayı: 676

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov aprelin 20-dən etibarən Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun dəvəti ilə bu ölkədə səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində nazir Yunanıstan Respublikası ilə idman sahəsində mövcud əlaqələrimizi, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi ilə Yunanıstan Mədəniyyət və İdman Nazirliyində görüşdə olub. Görüş zamanı iki ölkə arasında idman sahəsində mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün sonunda idman sahəsində müqavilə-hüquq bazasını gücləndirmək məqsədi ilə Yunanıstan tərəfinin təqdim etdiyi “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.