Bir müddət öncə “Səbail”dən ayrılaraq Yunanıstanın “Olimpiakos” (Volos) klubuna üz tutan azərbaycanlı müdafiəçi Turan Manafov ölkəmizə qayıdıb.
Bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib.
O bildirib ki, Volos təmsilçisi onunla bağladığı müqavilədəki heç bir şərtə əməl etməyib: “Müqavilədə nəzərdə tutulan heç bir şərt yerinə yetirilmədi. Maddi problemlər, müalicəyə kömək etməməkləri. Bir sözlə heç bir şey həll edilmirdi, heç bir şərtə əməl olunmurdu. Bu vəziyyətdə orda necə qalmaq olar? Heç bir şey yox idi. Nə maaş var idi, nə ev, nə də müalicə olunmaq üçün şərait. Çox pis durumla üzləşmişdim. Bu səbəbdən qayıdıram”.
Gənc futbolçu “Olimpiakos”un qumar komandası olması ilə bağlı suala belə cavab verib: “Siz bunu haradan eşitmisiz? Vallah, mənim qumar və ya başqa bir şeydən xəbərim yox idi. Komanda qumar oynayır, ya nəsə edirsə, bundan xəbərsizəm. Sadəcə maddi problemlər çox idi. Təsəvvür edin ki, qaldığım evin pulunu belə özüm ödəyirdim”.
Son xəbərlər
Son Xəbərlər