Yunanıstanda son sutka ərzində 57 nəfərdə koronavirus aşkarlanıb ki, onlardan da 10-nu ölkəyə daxil olan turistlərin payına düşür. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə Təşkilatı məlumat yayıb.
Yoluxanların ümumi sayı 4 336-ya yüksəlib.
Ötən sutka ərzində koronavirusdan ölən olmayıb, ümumilikdə Yunanıstanda 203 nəfər COVID-19-un qurbanı olub.
8 nəfər intensiv terapiya şöbələrində qalmaqdadır.
Son xəbərlər
Son Xəbərlər