Yunanıstanda 5,2 ballıq zəlzələ oldu

yunanistanda-52-balliq-zelzele-oldu
Oxunma sayı: 735

Yunanıstanın Krit adasında 5,2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Mərkəzin məlumatına görə, təkanların episentri İraklion şəhərindən (137 min nəfər əhalisi var - red.) 18 km cənub-şərqdə yerləşib. Təbii fəlakətin ocağı 2 km dərinlikdə olub.

Dağıntı və xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.