Yunanıstanda 5,4 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb.
Zəlzələ ocağı Peloponnes periferiyasındakı Pilos şəhərinin 30 kilometrliyində, dərinlik isə 10 kilometr olub.
Hazırda dəyən zərərlə bağlı hər hansı məlumat yoxdur.
Son xəbərlər
Son Xəbərlər