Yunanıstan paytaxtı Afinanın şərqindəki Eğriboz adasında baş verən güclü yanğın davam edir. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əraziyə yağınsöndürən təyyarələr və helikopterlər cəlb olunub.
Daha da böyüyən yanğınla bağlı bölgədə fövqəladə vəziyyət elan olunub.
Qeyd edək ki, sözügedən yanğında 8 nəfər yaralanıb.
Xatırladaq ki, ötən il Afinada baş verən hadisə zamanı 102 nəfər dünyasını dəyişmişdi.




Son xəbərlər
Son Xəbərlər