Yunanıstanda gəmi yanır, 300-ə yaxın insan təxliyə olundu - Video + Yenilənir

yunanistanda-gemi-yanir-300-e-yaxin-insan-texliye-olundu
Oxunma sayı: 3966

İon dənizinin Yunanıstan sahillərində İtaliyaya məxsus kruiz gəmisində yanğın başlayıb.

“Qafqazinfo” “Frans Press” agentliyinə istinadən xəbər verir ki, gəminin göyərtəsində 237 sərnişin və 50-dən çox ekipaj üzvü var.

“Euroferry Olympia” adlı gəmi Yunanıstanın İqumenits və İtaliyanın Brindisi şəhərləri arasında reys həyata keçirirmiş. İnsident Yunanıstanın Korfu adası yaxınlığında baş verib.

Yanğının səbəbi və xəsarət alanların olub-olmaması hələlik məlum deyil.

***

“ERT” telekanalının məlumatına görə, gəmidən ard-arda partlayış səsləri eşidilir. Bildirilir ki, 237 sərnişin və 51 ekipaj üzvü gəmini tərk edib. Telekanal, həmçinin insident nəticəsində itkin düşənlərin olması ilə bağlı məlumatları təkzib edib.

Partlayışlar səbəbindən hazırda gəmiyə yaxınlaşmaq qadağan olunub.