Yunanıstanda güclü zəlzələ

yunanistanda-guclu-zelzele
Oxunma sayı: 1715

Yunanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Zəlzələnin episentri 168 minə yaxın əhalisi olan Patras şəhərindən 49 kilometr şimali-qərbdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.