Yunanıstanda hərbi vertolyot qəzaya düşüb, ölənlər var

yunanistanda-herbi-vertolyot-qezaya-dusub-olenler-var
Oxunma sayı: 723

Yunanıstanın şimal-qərbində hərbi vertolyot qəzaya düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəzada 4 hərbçi ölüb, biri xəstəxanaya yerləşdirilib. Yaralı olaraq xilas olan qadın hərbçi olub. 

Qəzanın baş vermə səbəbləri araşdırılır. Ölkənin Müdafiə nazirinin tapşırığı ilə Silahlı Qüvvələrdə 3 günlük matəm elan edilib. Hərbi hissələrdən bayraqlar endirilib.