Yunanıstanda koronavirus orduya keçdi

yunanistanda-koronavirus-orduya-kecdi
Oxunma sayı: 3146

Dünya miqyasında 8 min 279 nəfərin ölümünə səbəb olan koronavirus Yunanıstanda orduda yayılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Evros bölgəsində yerləşən hərbi hissədə 40 yaşlı hərbçidə Covid-19 aşkarlanıb. Bu səbəbdən onun əhatəsində olan bütün əsgərlər karantinə alınıb.

Hərbi hissə isə dezinfeksiya işləri üçün bağlanıb.