Yunanıstanın paytaxtı Afinanın qərbində 3 ayrı ərazidə meşə yanğını başlayıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, söndürülməsi çətinləşən yanğında 1 nəfər ölüb, 25 nəfər yaralanıb. Bosniya-Hersoqovinada rəsmi səfərdə olan baş nazir Aleksis Çipras yanğın səbəbindən ziyarətini yarımçıq qoyaraq Yunanıstana qayıdır.
Afinanın 25 kilometr şimal-qərbindəki Penteli və Mati bölgələrində yanan evlərdə xilas edilməyi gözləyən sakinlər olduğu bildirilir. Sahil bölgələrindəki insanları xilas etmək üçün Yunan Dəniz Qüvvələrinə məxsus gəmilər hərəkətə keçib.
Kinetadakı yanğının isə nəzarətə götürülməsi mümkün olmayıb. Yanğın səbəbindən Afina-Korinthos şosse yolu bağlanıb. 200 yanğınsöndürən, 4 təyyarə, 7 helikopter yanğın ərazisinə cəlb edilib.
Yunanıstanın vətəndaşların müdafiəsi naziri Nikos Toskas yanğınların şübhə doğurduğunu və qəsdən törədilmə ehtimalı olduğunu bildirib.


Son xəbərlər
Son Xəbərlər