Yunanıstanda meşə yanğınları başlayıb

yunanistanda-mese-yanginlari-baslayib
Oxunma sayı: 1007

Yunanıstanın bir çox bölgəsində meşə yanğınları başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın səbəbindən bəzi kəndlərin və bir otelin ehtiyat tədbiri olaraq boşaldıldığı bildirilib.

Patra yaxınlığındakı Amfissa bölgəsində, İon dənizində Zakintos adasında, Peloponnesdə Kranidi bölgəsində, Afinanın şimalında Şimatari bölgəsində, Saloniki yaxınlığındakı Aynoroz yarımadasında və ölkənin qərbində İleyya şəhərində meşə yanğınlarına qarşı quru və havadan söndürmə işləri aparılır.

Yanğınlara müdaxilə edən yanğınsöndürmə briqadası güclü külək səbəbindən yanğın təhlükəsinin sabah da davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.