Yunanıstanda ölənlərin sayı 91 oldu

yunanistanda-olenlerin-sayi-91-oldu
Oxunma sayı: 1484

Yunanıstanın paytaxtı Afina yaxınlığında başlamış meşə yanğınlarında ölənlərin sayı 91-ə yüksəlib.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, daha 4 nəfərin həyatını xəstəxanada xilas etmək mümkün olmayıb. Ölənlərdən 28-nin şəxsiyyəti müəyyənləşdirilməyib. 25 nəfərdən isə xəbər yoxdur. 

Qeyd edək ki, Yunanıstanda meşə yanğınları iyulun 23-də baş verib.