Yunanıstanda sursat anbarı yanır

yunanistanda-sursat-anbari-yanir
Oxunma sayı: 1390

Yunanıstanda meşə yanğınları ölkənin Hərbi Hava Qüvvələrinin Maqnisiya vilayətindəki Nea Anxialos şəhəri yaxınlığındakı sursat anbarına sıçrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nəticədə anbarda ardıcıl partlayışlar baş verir.

Həmçinin, Yunanıstanın Milli Müdafiə Baş Qərargahı da yanğının Nea Anxialosdakı hərbi düşərgənin ərazisinə sıçradığı barədə məlumatı təsdiqləyib.

Şahidlərin bildirdiyinə görə, anbar olan hissədə sursat partlayışlarının səsi eşidilir.

Eyni zamanda, yanğın əhatə dairəsini genişləndirməkdə davam edir.