Yunanıstanda yanğınsöndürən təyyarə qəzaya uğradı - Video

yunanistanda-yanginsonduren-teyyare-qezaya-ugradi
Oxunma sayı: 2327

Yunanıstanda yanğınsöndürən təyyarə qəzaya uğrayıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, həmin təyyarənin isti havanın yaratdığı və güclü küləklə yayılan meşə yanğınları ilə mübarizə apardığı məlum olub. 

Canadair CL-215 tipli təyyarə Karisto bölgəsindəki Platanistos kəndi yaxınlığında qəzaya uğrayıb.

Ərazidə axtarış-xilasetmə işlərinə başlanıldığı bildirilib.

Pilotların vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.