Yunanıstanda yüngül mühərrikli təyyarə qəzaya düşdü, ölənlər var

yunanistanda-yungul-muherrikli-teyyare-qezaya-dusdu-olenler-var
Oxunma sayı: 736

Yunanıstanda Peloponnesin cənub-qərbində bir mühərrikli təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində pilot və sərnişin dünyasını dəyişib. Messolonqi aeroportundan havaya qalxan təyyarə təlim uçuşu edib. Yaşayış evinin yaxınlığına düşən təyyarə alışıb.

Qəzanın baş vermə səbəbi araşdırılır.