Yunanıstanda zəlzələ olub

yunanistanda-zelzele-olub
Oxunma sayı: 743

Yunanıstanda 5.2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən xəbərinə görə, yeraltı təkanların episentri ölkənin paytaxtı Afinadan 294 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib. 

Qeyd olunur ki, bundan iki dəqiqə öncə 4,9 maqnitudalı zəlzələ olub. 

Dağıntılar və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.