Yunanıstandakı qatar qəzasında ölənlərin sayı artdı

yunanistandaki-qatar-qezasinda-olenlerin-sayi-artdi
Oxunma sayı: 1703

Yunanıstanda qatar qəzasında həyatını itirənlərin sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində ölənlərin sayı 57-yə yüksəlib.

Məlumata görə, 6-sı ağır olmaqla 48 nəfərin müalicəsi davam edir, 56 nəfər isə itkin düşüb.

Qeyd edək ki, martın 1-i Yunanıstanın Larisa şəhərinin şimalındakı Tempi bölgəsində sərnişin qatarı ilə yük qatarı toqquşub. Sərnişin qatarının bəzi vaqonları relsdən çıxıb və qabaq vaqonları yanıb.