Yunanıstandakı yanğınla bağlı - Azərbaycan XİN-dən açıqlama

yunanistandaki-yanginla-bagli
Oxunma sayı: 2127

Azərbaycanın Yunanıstandakı səfirliyindən verilən məlumata görə, bu ölkədə tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb.

Bu barədə “Qafqazinfo”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Qeyd edilib ki, Yunanıstandakı səfirliyimiz davamlı əsasda bu ölkənin müvafiq qurumları ilə təmasdadır. 

Xatırladaq ki, Yunanıstanda meşə yanğınları 50 nəfərin həyatına son qoyub.