Türkiyədə 15 iyul qiyamının təşkilində iştirak edib daha sonra Silahlı Qüvvələrə məxsus hərbi helikopterlə Yunanıstana qaçan 8 əsgərlə bağlı qərar verilib.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, Yunanıstan Yüksək Məhkəməsi əsgərlərin Türkiyəyə təhvil verilməsi məsələsi ilə bağlı qərar verib.
Məhkəmə qiyamçı 8 əsgəri Türkiyəyə təhvil verməyəcək.
Qərara əsasən, onlar bir neçə gün ərzində sərbəst buraxılacaqlar və Yunanıstanda qalmaq üçün rəsmi orqanlara mürciət edəcəklər.

Son xəbərlər
Son Xəbərlər