Yunanıstandan ziddiyyətli xəbərlər gəlir

yunanistandan-ziddiyyetli-xeberler-gelir
Oxunma sayı: 635

Bildirilir ki, mayın 13-də üç partiya koalisiya hökuməti yaratmaq öhdəliyinə imza atıblar. Yeni Demokratiya (mühafizəkarlar), PASOK (sosialistlər) və Demokratik Sol partiyalarının birləşdiyi koalisiya hökuməti iki il fəaliyyət göstərəcək. Hökumət ortaqları iqtisadi böhranı aradan qaldırmaq üçün Beynəlxalq Valyuta Fondu və Avropa Birliyinin alacağı yardım qarşılığında büdcə xərclərinin azaldılmasına boyun olublar.

Ancaq digər media quruluşları, o cümlədən www.euronews.com portalı danışıqların bu gün davam etdiriləcəyini xəbər verir. Qeyd olunur ki, koalisiyaya daxil olmaqdan imtina edən Sol Radikal Koalisiyasını iqtisadi islahatlar paketinin əleyhinə səs verməməyə razı salmaq mümkün olmur.

Mayın 17-dək hökumət qurmaq mümkün olmasa, Yunanıstanda növbədənkənar parlament seçkisi keçiriləcək.

mediaforum.az