Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mayda Türkiyəyə səfər etməyi planlaşdırır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Mitsotakis “Skai 100.3” radiosuna açıqlayıb.
Onun sözlərinə görə, iki ölkə arasında yaxşı mühit yaranıb: “Biz iki ölkənin yaxınlaşması istiqamətində çox vacib addımlar atmışıq. Yunanıstan-Türkiyə münasibətləri normallaşmağa doğru gedir və biz bu nəticəni qorumalıyıq”.
Xatırladaq ki, 2023-cü il dekabrın 7-si Afinada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Mitsotakis arasında danışıqlar keçirilib.
Son xəbərlər
Son Xəbərlər