“Yunanıstanın hərbi təyyarəsinin qəzasının Türkiyə ilə əlaqəsi yoxdur” - Rəsmi Ankara

yunanistanin-herbi-teyyaresinin-qezasinin-turkiye-ile-elaqesi-yoxdur
Oxunma sayı: 991

Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus “Mirage 2000” tipi bir pilotlu döyüş təyyarəsinin Eğriboz (Eyvia) yarımadasının şərqindəki İskiri (Skyros) adası yaxınlığında qəzaya uğramasının Türkiyə ilə heç bir bağlılığı yoxdur.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə baş verən ərazidə Türkiyəyə məxsus hərbi təyyarə olmayıb.

Qəzadan sonra Türkiyənin Baş naziri Binəli Yıldırım ilə Yunanıstan Baş nazir Aleksis Çipras arasında telefon danışığı olub. Türkiyə hökumətinin başçısı qəzada həlak olan pilota görə yunanıstanlı həmkarına başsağlığı verib.

Qeyd edək ki, son vaxtlar Yunanıstanın müəyyən rəsmi dairələrindən Türkiyə əleyhinə sərt bəyanatlar səslənməkdədir. Rəsmi Ankara isə hesab edir ki, müəyyən dairələr məqsədli şəkildə iki ölkə arasında gərginik yaratmağa çalışır.