"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Dünən baş tutan referendumda "yox" deyilməsinin üstündən 24 saat keçməmiş nazir Varufakis zəfərə baxmayaraq istefasını açıqlayıb. Sərt çıxışları və Avropa Birliyinə meydan oxuması ilə yadda qalan Maliyyə nazirinin istefasını elə AB ilə əlaqələndirirlər. Belə ki, baş nazir qurumla münasibətləri daha sakit nazirlə davam etmək istəyir.
***
Varufakis istefası ilə bağlı sosial şəbəkədə belə məlumat yayıb: “Artıq nazir deyiləm”.
***
Almaniyanın “Bild” qəzetinin iddialarına əsasən, Yunanıstanın yeni Maliyyə naziri Euclid Tsakalotos olacaq.
Son xəbərlər
Son Xəbərlər