Yunanlar 1964-cü ildə türkləri işgəncə ilə öldürdüklərini etiraf etdilər - Fotolar

yunanlar-1964-cu-ilde-turkleri-isgence-ile-oldurduklerini-etiraf-etdiler
Oxunma sayı: 2601

Yunanlar tərəfindən yaradılan “EOKA” terror təşkilatının həyatda olan iki üzvü Kipr türklərinə qarşı törətdikləri qanlı cinayətləri etiraf edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, təqribən 80 yaşlı Neoptolemos Leftis və Athos Petridis törətdikləri cinayətlər barədə “Omega” televiziyasının efirində danışıblar.

Onların sözlərinə görə, 1964-cü ildən başlayaraq fərqli zamanlarda 68 türkü əvvəlcə güllələyərək, daha sonra isə işgəncə verərək öldürüblər.

Qeyd olunub ki, onlara ölən hər bir yunana görə 10 türkü öldürmələri ilə bağlı əmr gəlib.

“Elə də oldu. Mənə hələ də öldürdüyümüz 68 türk və onların məzar yerləri barədə sual verilir. Onları haradan tapacaqsınız ki?! Bunun üzərindən çox vaxt keçib”, - deyə Neoptolemos Leftis söyləyib.

Athos Petridis isə törətdikləri cinayətlərdən birinin detallarını açıqlayıb: “Biz Eylence kəndi yaxınlığında yola çıxırdıq və yoldan keçən maşınları saxlayırdıq. Türklər böyük maşınlarda, avtobuslarda səyahət edirdi. Maşınların içərisindəki türkləri aşağı endirir, əvvəlcə pullarını alırdıq. Onları daha sonra silahla vurur, şişləyir və çuxurlara atırdıq. Arxiyepiskop (o dövrün Yunanıstanın dövlət başçısı Arxiyepiskop Makaryos - red.) törətdiyimiz əməlləri eşidəndə çox sevinmişdi”. 

Qeyd edək ki, “EOKA” terror təşkilatı 1954-cü ildə Kipri Yunanıstana birləşdirmək məqsədilə yaradılıb.