“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırmalar zamanı V.Axundovun məhkəmədə baxılan iş üzrə təqsirləndirilən şəxsə yüngül cəza təyin etdirəcəyi adı ilə onun atasından 2013-cü ildə 43 min ABŞ dolları, daha sonra 2014-cü ildə əlavə olaraq 30 min manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər